İsrailin hücumları nəticəsində Qəzzada ölən mülki əhalinin sayı 24 mini ötüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi son məlumatı paylaşıb.

Bildirilib ki, son sutkada daha 132 mülki fələstinli həlak olub, 252 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar: "Bununla da 7 oktyabrdan bəri Qəzzada həlak olan mülki əhalinin sayı 24100-ə, yaralıların sayı isə 60 834 nəfərə çatıb".

Firudin Səfərli 

MİA.AZ