"Gənclərin çoxu hərbiyə yararsızdır, onların çoxu həddən ziyadə kökdürlər".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Avstriyanın müdafiə naziri Klaudia Tanner mətbuat konfransında deyib

Nazir bildirib ki, ildənilə ölkədə hərbi xidmət keçmək hüququ olan şəxslərin sayı obyektiv səbəblərdən azalır: "Gənc avstriyalılar orduya yararlı deyillər. Onların bir çoxu həttəa orduya qatılmamaqq üçün çox kökəlirlər. Diqqət edin, 2023-cü ildə 45 min 565 nəfəri hərbi xidmətə çağırılıb, ancaq onlardan yalnız 31 min 516 nəfəri hərbi xidmətə yararlı olub. Hərbi xidmətə yararsız 3421 nəfərə “müvəqqəti yararsız” rəyi, digərlərinə isə ümumiyyətlə tam yararsız rəyi verilib".

Nazirin sözərinə görə, gənclər arasında artan piylənmə problemi ilə yanaşı, psixoloji stress faktorları da "hərbiyə uyğunsuzluğa" stimul verir: “Gənc nəsil sağlam olmalı, sağlam qidalanmalı və ruhdan omalıdır. Təəssüf ki, biz də bu sahədə vəzyyət ürəkaçan deyil...".

Nazir könüllü xidmət layihəsində də söz açıb: "Bu və həmçinin qadınlar üçün yeni başlayan könüllü hərbi xidməti gözəl layihə olsa da, aprel ayından indiyədək 212 qadın müraciət edib, onlardan cəmi 126-sıma müsbət cavab verilib".

Avstriya mətbuatı yazır ki, ölkədə gənclər arasında keçirilən sorğu da ürəkaçan nəticvə ortaya çıxarmayıb: "Avstriyada könüllü olaraq dövlət qulluğuna gedən gənclərin nisbəti yüksək olaraq qalsa da, orduya getmək istəyən gənclərin sayı getdikcə azalır. Müdafiə Nazirliyinin keçirdiyi son sorğuya görə, əgər hərbi hücum olarsa, ölkəni qorumaq üçün silaha sarılmağa razı olanların yalnız cəmi 31 faizdir. Ölkənin 58 faizi nə olursa olsun, ölkəni müdafiə etməyəcəklərini açıq deyib".

Onu da qeyd edək ki, bu il Avstriya tarixdə ilk dəfə olaraq müdafiə büdcəsi 4 milyard avroya çatdırılıb.

Firudin Səfərli

MİA.AZ