"Türkiyə çox irəliləyişlər etdi, biz isə geriyə doğru addımlar atdıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Yunanıstan müdafiə naziri yunan mətbuatına müsahibəsində deyib.

O, müsahibəsində ölkəsini Türkiyə ilə müqayisə edib. Bildirib ki, Türkiyə xüsusən aviasiya sahəsində Yunanıstanı xeyli qabaqlayır: "1980-ci ildə Türkiyə və biz harada idik? Bir də baxın, biz və Türkiyə bu gün, yəni 2024-cü ildə haradayıq. Türkiyə dediyim kimi, çox inkişaf elədi, müdafiə sənayesini ciddi şəkildə gücləndirdi, amma biz geriyə doğru yol aldıq..."

Nikos Dendias "Kathimerini" qəzetinə müsahibəsində Türkiyənin müdafiə sənayesinə yatırdığı investisiyalara toxunub: "İndiyə qədər bizim yerli istehsaldan nəyimiz var? Yerli istehsal yoxdur və ya demək olar ki, yox dərəcəsindədir".

Dendias mövcud vəziyyətdən razı qalmadığını qabardıb və lavə edib ki, məsələyə Türkiyə ilə rəqabət kimi baxmır, lakin mövcud vəziyyət məqbul deyil.

Tahir Şəlvəli 

MİA.AZ