İsrail ordusunun Qəzza zolağına qarşı dağıdıcı hücumların 100-cü günündə məcburi köçkün olan fələstinlilər xarabaya çevrilən məhəllərində çadırlar qurublar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, təxminən 2,4 milyon əhalisi olan Qəzzada 1,9 milyondan çox əhali hücumlar nəticəsində məcburi köçkün vəziyyətinə düşüb. 

Təxminən 365 kvadrat kilometr ərazisi olan Qəzza zolağı dünyanın ən sıx məskunlaşdığı bölgələrdən biridir.

Oktyabrın 7-dən bu yana İsrailin ağır hücumlarına baxmayaraq, fələstinlilər dağıntılar arasında yaşamaq ahasına olsa belə, yurdlarınıt rk etməyəcəklərini əyan ediblər: “İsrailin bizi Qəzzadan zorla çıxarmaq cəhdləri ilə əsla barışmayacağıq".

Məsələn, Qəzzanın şərqindəki Şucaiye qəsəbəsindən didərgin slaınan yaşlı fələstinli Zeynep Haccac deyir ki, o və ailəsi əvvəlcə Ən-Nusayrat Qaçqınlar Düşərgəsinə, sonra isə Rəfaha köçüb: "Evlərimizə qayıtmalıyıq. Evlərimiz dağılıbsa, dağıntılar üzərindəki çadıra qayıtmalıyıq. Burada, Rəfahda qalmaqdansa, evlərimizin xarabalıqlarında və ya onun torpağında qalmaq daha yaxşıdır. Bu həyat tərzi çox çətinləşir. Biz bütün ömrünü müharibələr, ağır şərtlər altında keçirmiş insanıq. Biz bunlara artıq öyrəşmiş xalqıq. Biz yenə də ağır bombardman olsa da, öz torpağımızdan köçməyəcəyik. Ailəm qətiyyən Qəzzadan qovulmaq siyasətini rədd edir. Ümid edirəm ki, İsrailin Qəzzaya hücumları sona çatacaq, biz də bütün dünya kimi normal həyata qayıda və dağıntılar üzərində çadırlarda olsaq da, yenidən məhləmizə dönə biləcəyik. Bildiyimizə görə, xeyli fələstinli hazırda elə dağıntı bölgələridə çadır qurub yaşayırlar”.

Rəfaha sığınan Um Ahmed en-Najcar adlı digər fələstinli də İsrailin evindən didərgin saldığını deyib: "Qəzzadaki evimə qayıtmaq istəyirəm. Burada yaşaya bilmərəm. Ailəm, qohumlarım, dostlarım, qonşularım üçün darıxıram. Doğulduğum, böyüdüyüm, ən gözəl günlərimi keçirdiyim övladlarımın, nəvələrimin doğulduğu qürur və şərəf yurdu Qəzzadakı məhləmə qayıtmaq istəyirik. Biz əsla Qəzadan getməyəcəyik. Burada hamı belə düşünür...".

Tahir Şəlvəli

MİA.AZ