Türkiyə ordusunun İraq və Suriyanın şimalında əməliyyatları davam etdirir.
Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ərazidə əməliyyat davam edir: "Dünəndən məhv edilən terrorçuların sayı 23-ə çatıb".
Xatırladaq ki, ötən gün İraqda PKK terrorçuları türk hərbçilərə hücum edib, nəticədə 9 əsgər şəhid olub.
MİA.AZ