Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkəsinin Cənubi Qafqazda sülh prinsiplərinə sadiq olduğunu deyib.

O, bu barədə Yunanıstanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Xristos Sofianopulosun etimadnaməsini qəbul edərkən danışıb.

Prezident rəsmi İrəvanın bölgədə davamlı sülhə nail olmaq kimi prinsipial mövqeyinə sadiq olduğunu vurğulayıb.

Dövlət başçısı, həmçinin söyləyib ki, Ermənistan qonşuları ilə münasibətləri normallaşdırmaqda maraqlıdır.

Görüş zamanı ikitərəfli münasibətlər müzakirə olunub(Report).