"Qırmızı dənizdəki hadisələr və Yəmənə hücumu çox böyük narahatlıq yaradır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İordaniya Xarici işlər naziri Ayman əs-Safedinin bəyanatında yer alıb.
O, ölkəsinin rəsmi xəbər agentliyi "Petra"da yayılan bəyanatda deyib ki, İordaniya Qırmızı dənizdəki hadisələri və onun ümumilikdə regional təhlükəsizliyə təsirini böyük narahatlıqla izləyir.
Bəyanatda İsrailin Qəzza zolağına vəhşicəsinə hücumları və Fələstin xalqının hüquqlarını pozan rəftarının bölgənin təhlükəsizliyinə ən böyük təhdid olduğu vurğulanıb və bildirilib ki, İsrail bununla Qərbi öz çirkin məqsədinə çəkməyə çalışır.
XİN başçısı Yəmənə hücumun Qəzzadakı amansızlıqlardan diqqəti yayındırmaq üçün yeni cəbhələr aşmağa xidmət etdiyini viurğulayb: “Bu, bütün bölgəni daha çox münaqişə, gərginlik və müharibəyə sövq edir. Beynəlxalq ictimaiyyət nə yazıq ki, İsrailin hücumlarını dayandırmaqda aciz qalıb. Baş nazir Binyamin Netanyahu başda olmaqla İsrail hökuməti bütün bölgəni müharibəyə cəlb etməyə çalışır. İordaniya bölgəmizdək gedən bütün prosesləri hədədn artıq diqqətlə izləyir və Yəmənə hücumu qətiyyətlə pisləyir...".
Xatırladaq ki, ABŞ və İngiltərə gecə saatlarında Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərində Husilərin hədəflərinə zərbələr endirib.
Lamiyə Əhmədli
MİA.AZ