Avropa İttifaqı husilərin hücumlarına qarşı Qırmızı dənizə döyüş gəmiləri göndərir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ-ın Dövlət Departamentinə yaxınlığı ilə bilinən məşhur "Politico" yayıb.

Məlumata görə, Avropa İttifaqı husilərin hücumları ilə mübarizə aparmaq üçün Qırmızı dənizə ən azı 3 hərbi gəmi göndərəcək: "Qırmızı dənizdən Oman körfəzinə qədər daha geniş bir ərazidə fəaliyyət göstərəcək gəmilər vasitəsi ilə Aİ böğləyə ağırlığını qoymağı hədəfləyir...".

Məlumatda o da qeyd olunu ki, Fransanın liderliyində həyata keçirilən ortaq müşahidə əməliyyatınai Belçika, Danimarka, Almaniya, Yunanıstan, İtaliya, Hollandiya, Norveç və Portuqaliya yaxından dəstək verəcəklər.

Xatırladaq ki, ABŞ və İngiltərə gecə saatlarında Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərində Husilərin hədəflərinə zərbələr endirib.

Lamiyə Əhmədli

MİA.AZ