Səudiyyə Ərəbistanı Qırmızı dənizdəki hərbi əməliyyatları və Yəmənə hücumlarla bağlı bəyanat yayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmi Ər-Riyad ABŞ-Britaniya tandeminin Yəmənə ötən gecəki hücumu və bundan sonra Qırmızı dənizdəki hadisələri narahatlıqla izlədiklərini bəyan edib.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin ölkənin rəsmi xəbər agentliyi SPA-da dərc olunan bəyanatına görə, gəmiçilik azadlığının beynəlxalq tələb olduğu Qırmızı dəniz bölgəsinin təhlükəsizliyi vacibdir: "Çünki əksi bütün dünyanın maraqlarına zərər verir".
Ər-Riyad daha sonra tərəflərə çağırış edərık, gərginliyin artmasına imkan verilməməsini tələb edib.
Xatırladaq ki, ABŞ və İngiltərə gecə saatlarında Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərində Husilərin hədəflərinə zərbələr endirib.
Lamiyə Əhmədli
MİA.AZ