Rusiya Yəmənə hücumlarla bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmi Moskva bu gün BMT TŞ-nin təcili iclasında bu hücumun müzakirəsini istəyir.

Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyi faktı təsdiqləyib və bildirib ki, Rusiya ABŞ və İngiltərənin Yəmənə hücumları ilə bağlı 12 yanvarda BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib və məsələ iclasda hərtərəfli müzakirə olunacaq.

Xatırladaq ki, ABŞ və İngiltərə gecə saatlarında Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərində Husilərin hədəflərinə zərbələr endirib.

Lamiyə Əhmədli

MİA.AZ