"Almaniya İsrailin yanındadır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniya prezidenti Frank Valter Ştaynmayer Berlində xarici ölkə səfirləri ilə keçirdiyi toplantıda çıxışında deyib.

Almaniya lideri Yaxın Şərqdəki gərginliyin bütün dünyaya dərindən təsir etdiyinə diqqət çəkib.

Ştaynmayer bildirib ki, Almaniya birmənalı İsrailin tərəfindədir: "Eyni zamanda, Almaniya beynəlxalq humanitar hüququn etibarlılığını, vətəndaş həyatının qorunmasını və geniş humanitar əməkdaşlığı dəstəkləyir. Qəzzə bölgəsində əzablar aradan qalxmalıdır. Yaxın Şərqdə daimi sülh o zaman mümkündür ki, iki müstəqil dövlət - İsrtail və Fələstin mövcud olsun. Bu, israillilərə və fələstinlilərə risksiz və gələcək perspektivi olan həyat vəd edir".

Ukraynadakı duruma da toxunan Almaniya prezidenti deyib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibə istəyir: "Putin sülh istəmir, müharibə istəyir. O, Ukraynanı məhv etmək istəyir. Bizim isə Ukrayna ilə əməkdaşlığımız, ona dəstəyimiz fasiləsiz davam edir. Almaniya Ukraynanın ikinci ən böyük dəstəkçisidir və bu, davam edəcək...".

Lamiyə Əhmədli

MİA.AZ