İran Oman körfəzində ABŞ tankerini ələ keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Tesnim Xəbər Agentliyi İran Ordusu Hərbi Dəniz Qüvvələrinə istinadla məlumat yayıb.
Məlumatda deyilir ki, İran Ordusunun Hərbi Dəniz Qüvvələri məhkəmə qərarı ilə Oman körfəzində ABŞ-a məxsus neft tankerini "həbs edib".
Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Oman körfəzində bir neft tankerinin hərbi geyimli silahlı şəxslər tərəfindən ələ keçirildiyi açıqlamışdı: "Omanın Sohar şəhəri sahillərindən təxminən 50 dəniz mili aralıda neft tankerinə hərbi tipli qara forma və qara maska geyinmiş 4-5 silahlı icazəsiz daxil olub. Onlar sözügedən neft tankerinin idarəetməsini ələ keçirərək, g\əminin istiqamətini İran sahillərinə yönəldiblər...".
Zülfiyyə
MİA.AZ