Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın mərkəzi qərargahında ABŞ-ın ölkəmizdəki səfirinin müşaviri Conatan Pinolini qəbul edib.
Mia.az xəbər evrir ki, görüşdə regiondakı geopolitik durum, Azərbaycan-Ermənistan münasibətləri və prezident seçkilərinə hazırlıq prosesi seçki müzakirə olunub.
Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsindən sonra bölgədə yaranmış yeni siyasi düzən və ölkəmizin maraqları haqqında danışan VHP sədri ABŞ-ın bu proseslərdə obyektiv mövqe tutmasının vacibliyini qeyd edib.
Cənab Pinoli bu kimi müzakirələrin hər iki dövlətin maraqları baxımdan önəmli olduğunu bildirib.