Azərbaycan Dövlət Dəniz Akademiyası “İaşə xidmətinin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Qüdrət 055” MMC olub.
Qalib şirkətə 557 500 manat ödəniləcək.
Bu qiymətə daxildir:
25 000 nəfər üçün sıyıq (250 qr), yağ (15 qr), yumurta (1 ədəd), sosiska (1 ədəd, həftədə 2 dəfə), cem və ya bal (15 qr), çay (limitsiz), peçenye (10 qr, 2 ədəd), çörək (limitsiz) daxil olmaqla səhər yeməyi.
100 000 nəfər üçün şorba (230-250 qr), isti yemək (bişmiş halda mal əti 135 qr və ya bişmiş halda toyuq əti 100 qr), qarnir (300 qr), salat (150 qr), içki ( 250 ml), çörək (limitsiz), ketçup (limitsiz), duz (limitsiz), istiot (limitsiz), salfetka (limitsiz) daxil olmaqla nahar yeməyi.