Dünya çempionatında E qrupunun ilk matçında İsveçrə və Ekvador yığmaları üz-üzə gəlib.
Mia/az xəbər verir ki, bu dəqiqələrdə başa çatan oyunda İsveçrə Ekvadorla qarşılaşmadan son saniyələrdə vurulan qolla qalib ayrılırb - 2:1. Baxmayaraq ki, hesabı Ekvador millisi açıb. Valensiyanın 22-ci dəqiqədə vurduğu qola Behrani( 48) və Seferoviç (90+3) cavab veriblər.
Qrupunda digər oyununda Fransa Hondurasla münasibətlərinə aydınlıq gətirəcək. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 00:00-da veriləcək.
Gecə saatlarında isə F qrupunun ilk görüşündə Argentina millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.