"Rusiya ilə sərhəd daha 1 ay bağlı qalacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Finlandiyanın baş naziri Petteri Orpo ölkənin ictimai telekanalına müsahibəsində deyib.
O bildirib ki, sərhədi bağlı saxlamaq "kifayət qədər ciddi məlumat"a sahib olmalarından qaynaqlanır: "Məndə olan məlumata görə, Rusiyada heç bir şey dəyişməyib. Düşünürəm ki, təhdid riski də dəyişməyib. O səbəbdən sərhədin qapalı qalması qaçılmazdır. Bir ay da belə davamç edəcək. Ondan sonra vəziyyətə baxacağıq. Ölkənin təhlükəsizliyini təmin etmək üçün diqqətli olmalıyıq".
Samir Musayev
MİA.AZ