ABŞ 2022-ci ilin aprelindən bəri ilk dəfə Rusiyadan neft idxal edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu idxal 2023-cü ilin noyabrında həyata keçirilib.
ABŞ-ın xarici ticarət üzrəı hesabatına əsasən, ölkə 2023-cü ilin noyabrında 10 min barrel Rusiya neftini 749 min dollara alıb.
İdxalın bir barel üçün 74,9 dollar olması diqqət çəkib.
Xatırladaq ki, ABŞ Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanın enerji sektoruna sanksiyalar tətbiq etməyə başlayıb və 2022-ci ilin aprelindən etibarən Rusiyadan neft idxalını dayandırıb.
G7 ölkələri də 2022-ci ilin dekabrında Rusiya neftinin barelinin 60 dollardan yuxarı qiymətini tətbiq ediblər.
Samir Musayev
MİA.AZ