Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi yarım milyonluq avtomobillər alır.

İqtisadiyyat.az xəbər verir ki, 9 ədəd minik avtomobili sifariş edilib.

Sedan tipli minik avtomobillərinin istehsal ili minimum 2023-cü il olmalıdır.

Sifariş edilən maşınların xarakteriktikasına əsasən, onların full komplentasiyada olması əsas şərtlərdəndir.

Doqquz ədəd nəqliyyat vasitəsinə ümumilikdə 589.050 manat sərf olunacaq.