Məşhur aktyor Erdal Beşikçioğlu CHP-nin Ankara şəhərinin Etimesqut rayon Bələdiyyə sədrliyinı namizəd olub.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu gün onun namizədliyi rəsmən təsdiqlənəcək.
Xatırladaq ki, tanınmış aktyor 1970-ci il yanvarın 5-də anadan olub. Orta təhsilini İzmir Özəl Türk Kollecində bitirib. İzmir Narlıdere Mehmet Seyfi Eraltay Liseyinə, 1989-cu ildə Hacettepe Universitetinin Konservatoriyasına daxil olub.
1993-cü ildə Dövlət Teatrlarında aktyor kimi fəaliyyətə başlayıb. 1995-96 mövsümündə Diyarbəkir Dövlət Teatrında direktor müavini vəzifəsində çalışıb. O, "Həyat Var", "Eve Giden Yol", "Barda" kimi məşhur filmlərdə rol alıb.
Ankara Dövlət Teatrında fəaliyyətini davam etdirən Beşikçioğlu 2006-2008-ci illər arasında Ayşe Kulinin yazdığı eyni adlı romanı əsasında çəkilən "Vali" serialında "Vəli Rəcəb Yazıcıoğlu"nu canlandırıb.
"Behzat Ç." serialı isə onu daha da məşhurlaşdırıb. O, 2010-cu ildə Emrah Serbesin eyniadlı romanından ilhamlanan serialda baş qəhrəman Behzat obrazını canlandırıb. Daha sonra o, müxtəlif film və seriallarda baş rolları oynayıb.
Məşhur aktyor ailəlidir. Bir qızı və bir oğlu var.
Ləman
MİA.AZ