İsrail ordusunun Qəzza zolağında Əqsa Şəhidləri Xəstəxanasına bitişik evləri bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza hökumətinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində ən azı 40 nəfərin ölüb, xeyli yaralı var: "Hazırda ölü və yaralı sayı dəqiqləşdirilir".
Hökumət bəyan edib ki, bu fakt İsrailin iddia etdiyinin əksinə olaraq Qəzzada təhlükəsiz bölgənin olmadığının təsdiqidir.
Firudin Səfərli
MİA.AZ