"Putin və Ərdoğan daimi təmasda olmalıdır".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərlə görüşdə deyib.

"Bu təmas ikitərəfli əlaqələr üçün vacibdir”, deyə davam edən Peskovun sözlərinə görə, Rusiya prezidenti Putinin Türkiyəyə səfəri gözlənilir: "Planlaşdırılan səfərlə bağlı hələlik hər hansı bir dəqiq tarix yoxdur. Diplomatik kanallar tarixlə bağlı müzakirə aparılır".

Ukrayna məsələsinin həlli ilə bağlı suala cavab verən Peskov qeyd edib ki, Kiyev de-fakto hüquqi çərçivədə danışıqları rədd edir: "O səbəbdən biz xüsusi hərbi əməliyyatı davam etdiririk".

Lamiyə Əhmədli

MİA.AZ