Çinin təbii qaz hasilatı 2023-cü ildə 5,6 faiz artıb
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Çinin 2023-cü ildə təbii qaz hasilatı əvvəlki ilə nisbətən yüzdə 5,6 artaraq 230 milyard kubmetrə çatıb.
Bu barədə Çin Milli Enerji İdarəsi son statistik hesabında məlumat paylaşıb.
O da bildirilib ki, təbii qaz hasilatında şist qazı və qaz hidrat kimi “qeyri-standart” qazların hasilatı ümumilikdə 96 milyard kubmetri keçərək təbii qaz hasilatının 43 faizini təşkil edib.
Xatırladaq ki, təbii qaz tələbatının böyük hissəsini yerli istehsal hesabına qarşılayan Çin 2022-ci ildə 364,6 milyard kubmetr qaz istehlak edib.
Samir Musayev
MİA.AZ