İranın cənub-şərqində polis məntəqəsinə hücum olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində silahlı qruplaşmanın polis idarəsinə hücum nəticəsində 3 saata yaxın atışma gedib: "Hücum zamanı bir polis həlak olub".

Məlumata görə, hücum edənlər qaçıb: "Hazırda bölgədə genişmiqyaslı əməliyyat başlayıb".

Hücuma görə məsuliyyəti “Ceyşul Adl” adlı təşkilat öz üzərinə götürüb.

Tahir Şəlvəli

MİA.AZ