Türkiyədə FETÖ-çülərə qarşı növbəti əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 12 şəhərdə FETÖ-yə qarşı eyni vaxtda həyata keçirilən əməliyyatlarla 38 şübhəli saxlanılıb.
Bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
O bildirib ki, İstanbul, Ankara, Kütahya və Kahramanmaraş da daxil olmaqla, mərkəzi Konya olan 5 vilayətdə keçirilən əməliyyatlarda təşkilatın "hərbi məxfi strukturu" adlandırılan qondarma qurumda fəaliyyət göstərdiyi təsbit edilən ümumilikdə 38 nəfərə qandallanıb: “FETÖ xainlərinin izini buraxmayacağıq. Xain FETÖ-nün gözünü açmağa imkan verməyəcəyik. Onlarən nəfəsini kəsəcəyik".
Zülfiyyə
MİA.AZ