Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkə hesabında təsisçilərindən biri olduğu Elçibəy İnstitutu adlı qurumdan istefa verdiyini açıqlayıb.
Mia.az xəbər verir ki, “Cebhe.info” məsələ ilə bağlı Elçibəy İnstitutunun rəhbəri Oqtay Qasımovla əlaqə saxlayıb.
O.Qasımov açıqlamasında deyib ki, Arif Hacılı ilə bağlı bu günə qədər heç bir problem olmayıb:
“İstefa səbəblərinə Arif bəy özü aydınlıq gətirsə, daha doğru olar. Elçibəy İnstitutunun son zamanlar fəaliyyətinin zəiflədiyini görünə bilər. Amma Arif Hacılı Elçibəy İnstitutundan narazı olduğu ilə bağlı mənə heç bir irad bildirməyib. Ona görə də bu məsələyə Arif Hacılının özünün aydınlıq gətirməsi daha doğru olar”.
Qeyd edək ki, Arif Hacılı paylaşımında Elçibəy İnstitutundan ayrılma səbəbini belə izah edib: "Səbəb Elçibəy İnstitutunun aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə etməsidir".
MİA.AZ