İsrailin Azərbaycandakı səfirliyi Azərbaycana başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədə səfirliyin "X" sosial media səhifəsində paylaşım edilib:

"Respublika Perinatal Mərkəzində 4 dəyərli körpənin həyatına son qoyan dəhşətli yanğın xəbəri bizi çox kədərləndirdi. Bu ağır gündə düşüncələrimiz Azərbaycan xalqının yanındadır və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!".

Qeyd edək ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib.