"Terrorçuları artıq yerində zərərsizləşdiririk".
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Daxili İşlər naziri Ali Yerlikaya Prezident Kompleksinin Sərgi Salonunda keçirilən toplantıdakı açılış nitqində deyib.
Nazir 40 ildən artıqdır xalqın birliyini pozmağa çalışan separatçı terror təşkilatı artıq uduzub: "Ölkəmizdə artıq terrorizmin istismar sahələrindən söhbət gedə bilməz. Dövlətimiz öz milləti ilə bir bütövləşib. Biz artıq terrorun haradan olursa olsun, qapımıza gəlməsini gözləmirik. Terror təhlükəsi haradan gəlirsə, onu elə yerində, mənbəyində zərərsizləşdiririk".
Nazir bildirib ki, son terrorçuya qədər mübarizə davam edəcək: "FETÖ-dən DAİŞ-ə qədər, solçu terror təşkilatlarından tutmuş bütün digər terror təşkilatlarına qədər sevimli millətimizi incitməyə çalışan hər kəsin nəfəsini kəsirik və kəsməyə davam edəcəyik”.
Tahir Şəlvəli
MİA.AZ