Pakistanın Konstitusiya Məhkəməsi siyasətçilərə tətbiq olunan "siyasətdən ömürlük mərhum edilsin" cəzası ilə bağlı maddəini Cinayıət Məcəlləsindən çıxarıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pakistan Konstitusiya Məhkəməsi bugün keçiirlən iclasda qərar qəbul edib.
Məlumata görə, Konstitusiya Məhkəməsi heyəti heç bir şəxsin ömürlük seçkilərdə iştirakının qadağan edilməsini əsassız sayıb: "Ali Məhkəmə hesab edir ki, bu cəza "5 il müddətinə dövlət vəzifəsi tuta bilməz"lə əvəzlənib".
Pakistan mətbuatı yazır k, bu qərarla 2018-ci ildə ömürlük siyasətdən uzaqlaşdırılan keçmiş baş nazir Navaz Şərif və onun kimi siyasətçilər fevralın 8-də keçiriləcək parlament seçkilərinə qatılmaq hüququnu bərpa edib.
Məhkəmə qərarı Pakistan Müsəlman Liqası, Pakistan Xalq Partiyası və İPP partiyaları tərəfindən alqışlanıb.
Tahir Şəlvəli
MİA.AZ