"İstanbulda namizəd irəli sürməyəcəyik".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Ərdoğanın lideri lduğu Cumhur İttifaqının üzvlərindən olan Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici deyib.
O bildirib ki, ittifaq şərtərinə uyğun olaraq İstanbulda namizəd irəli sürmək niyyətində deyillər: "AKP namizədi Murat Kuruma indidən uğurlar arzulayıram".
Xatırladaq ki, ötən gün Ərdoğan İstanbul bələdiyyəsinin sədrliyinə sabiq nazir Murat Kurmun namizədliyini irəli sürüb. Cumhur İttifaqına daxil olan partiyalar da anlaşmaya əsasən, ona dəstək verməlidirlər.
Onu da qeyd edək ki, bələdiyyə seçkiləri 31 mart 2024-də keçiriləcək.
Firudin Səfərli
Mia.az