Qəzzada son sutkada ən azı 18 mülki şəxs həlak olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Fələstinin WAFA xəbər agentliyi yayıb.
Qeyd olunub ki, ötən gecə də İsrail bombardmanlara ara verməyib: "İsrail təyyarələri Qəzzanın mərkəzi hissəsindəki Deyr əl-Belah, cənubda Xan Yunus və Əl-Meqazi Qaçqınlar Düşərgəsinə bombalar yağdırıb. İlkin məlumata görə, əksəriyyəti uşaq və qadın olan ən azı 18 fələstinli həyatını itirib, onlarla yaralı var.
Tahir
MİA.AZ