İraq İslam Şam Dövləti daha bir bölgəni ələ keçirib. 

ANS PRESS-in məlumatına görə, İŞİD İraqın Fəllucə şəhərinin Saklaviyə adlı ərazisini işğal edib.

Xatırladaq ki, İŞİD Mosul, Tikrit, Calaula, Samirə, və Əs-Səudiyyətam şəhərlərini ələ keçirib. 

İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. 

Maliki, həmçinin, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.