Qərbi Afrika ölkələrindən olan Nigeriyada silahlı qarşıdurmalar səngimir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gün ölkənin Kaduna əyalətində baş verən silahlı hücumlarda 17 nəfər həlak olub

Məlumata görə, silahlı dəstə üzvləri əyalətin 3 kəndinə  qəfil hücum edib: "Onlar 17 nəfəri güllələyərək öldürüb, 58 nəfəri isə qaçırıblar".

Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə qarşılaşır.

Nigeriyada adam oğurluğu ölümlə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu adi hal alıb. Silahlı insanlar əsasən ölkənin şimalındakı kəndləri, məktəbləri, o cümlədən turist qruplaırnı hədəf alır və yüksək məbləğdə fidyə tələb edirlər.

Lamiyə Əhmədli

MİA.AZ