Türkiyədə dənizdə boğulmaq üzrə olan daha 17 miqrant xilas edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Muğlanın Datça mahalı sahillərində rezin qayıqda olan 17 qeyri-qanuni mühacir boğulmaqa üzrəykən xilas olunublar.
Sahil Mühafizə Komandanlığından bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra bir gəmi bölgəyə istiqamətləndirilib: "Komandalar Yunanıstan ünsürləri tərəfindən Türkiyənin ərazi sularına sıxışdırılan rezin qayıqda olan 17 miqrantı xilas edib. Onlarla yanaşı, bir "miqrant qaçaqmalçı" da tutulub".
Zülfiyyə
MİA.AZ