«Azərsu» ASC Daxili İşlər Nazirliyinin tabeliyində olan qurumla məhkəmə çəkişməsindən məğlub ayrılıb.
Mia.az xəbər verir ki, Azərsu» ASC-nin DİN-nin tabeliyinə olan Daxili Qoşunlara qarşı qaldırdığı borc tələbindən bəhs edən şikayətinə Bakı Apellyasiya Məhkəməsində də baxılıb: «ASC Daxili Qoşunlardan istifadə etdiyi su və kanalzasiya borcu olaraq ümumilikdə 45830 manat pul tələb edirdi. ASC-nin iddia ərizəsində Daxili Qoşunlarının Baş İdarəsinin hesabından tutulması tələb olunan bu məbləğə su və kanalizasiya xidmətlərinə görə 38.822 manat məbləğində əsas borc, 6987 manat məbləğində penya və 20 manat dövlət rüsumu daxil idi. Bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsinin hakim Elmira Nağıyeva şikayətə baxıb və o, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəmənin qətnaməsini qüvvədə saxlayıb».
Mia.az