İyi Partiya rəhbərliyi sabah 31 martda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı toplanacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iclasda bələdiyyə sədrliyinə namizədlərin seçilməsi prosesi ilə bağlı detallar müzakirə olunacaq.
Məlumata görə, hazırda İYİ Partiyasında namizədli üçün müraciətlər davam edir: "Sabahkı iclasda isə müraciətlərlə bağlı yekun qərar veriləcək".
İclasdan sonra isə İYİ Partiyasının sözçüsü Kürşad Zorlu mətbuata açıqlama verəcək.
Tahir Şəlvəli
MİA.AZ