"İsrailin Qəzzaya savaşına görə bəzi ölkələrdə başlanan boykot siyasəti satışlarımıza ciddi təsir edib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri "McDonald's" restoranlar şəbəkəsinin baş direktoru Kris Kempczinski deyib.
O, LinkedIn hesabında Yaxın Şərqdə anti-İsrail boykotunun şirkətin satışlarına ciddi təsir etdiyini etiraf edib.
McDonald's-a qarşı irəli sürülən iddiaları "kədərli və əsassız" adlandıran Kempczinski bildirib ki, "McDonald's müsəlman ölkələri də daxil olmaqla, fəaliyyət göstərdiyi hər bir ölkədə yerli operatorlarla təmsil olunur: "Bu insanlar öz icmalarına xidmət etmək üçün yorulmadan çalışsalar da, minlərlə insanı da işə götürürlər. Təəssüf ki, bəziləri bunun fərqinə varmır və dezinformasiya uyaraq boykota dəstək verirlər...".
Xatırladaq ki, Qəzzada savaş başlayanda, daha dəqiqi, oktyabr ayında "McDonald's"ın İsraildəki şəbəkəsinin sosial media hesablarında araq İsrail ordusuna pulsuz yemək verildiyini əks etdirən fotoşəkillər paylaşılıb. Bundan sonra əsasən müsəlman ölkələr restoranlar şəbəkəsinə qarşı boykota üstünlük verməyə başlayıblar.
"Reuters"in xəbərinə görə, Misir, İordaniya və Malayziyada artıq şirkətin yerli restoranları boykot səbəbindən iflas həddinə çatıb.
Xatırladaq k, yüzdən çox ölkədə 40 275 restoranı olan McDonald's 2022-ci maliyyə ilində 23,1 milyard dollar gəlir əldə edib.
Lamiyə Əhmədli
MİA.AZ