Hüquq müdafiəçisi Namizəd Səfərov prezidentliyə namizədlini irəli sürməsinin müxalifət düşərgəsində müzakirə yaratmasına aydınlıq gətirib.

Mia.az xəbər verir ki, o, Pravda.az-a açıqlamasında fikirlərini belə əsaslandırıb:

“Hazırda Milli Şuranın üzvü deyiləm. “Müxalifətin mövqeyindən çıxış etməmişəm” deyəndə, elə bir rəsmi sənəd yoxdur ki, bu, müxalifətin mövqeydir... Düşündüm ki, seçkilərdə mütləq iştirak etmək lazımdır. Bu fikrə gəlməkdə özümü tam doğru hesab edirəm. Namizədlik irəli sürməyim öz təşəbbüsümdür. Hazırda növbədənkənar prezident seçkilərinə namizədlik irəli sürənlərin hamısı öz təşəbbüsləri ilə irəli sürüblər. Burada partiya təşəbbüsü, blok yoxdur. Düzgün addım atmışıq”.

MİA.AZ