"Beşiktaş"ın kamerunlu futbolçusu Jan Onana Fransaya yollanır.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Marsel" və "Beşiktaş" arasında Jan Onananın icarəyə verilmə şərtləri razılaşdıırlıb.

Məlumata görə, bir il icarə əsasında "Marsel"də oynayacaq futbolçu ilə növbəti ildə 2 illik satış müqaviləsi imzalanacaq.

Xatırladaq ki, "Beşiktaş"ın mövsümün əvvəlində "Lens"dən heyətinə qatdığı 23 yaşlı Onana cəmi 8 matça çıxıb və qol vura bilməyib.

Fərid

MİA.AZ