"Beşiktaş"ın prezidenti Həsən Arat baş məşqçi Fernando Santosun imzalanma mərasimində açıqlama verib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, "Beşiktaş" üçün əllərindən gələni edəcəklər: "Yeni məşqçimizin burada olması nələr edəcəyimizə zəmanətdir. Cənab Santos, siz və köməkçiləriniz xoş gəlmisiniz. Onlarla nailiyyətləriniz var. Dünya klubu "Beşiktaş"a çox yaraşırsınız. Santosun gəlişi "Beşiktaş"ın uğurundan, onun nüfuzundan irəli gəlir. Sizinlə bir aydan çox layihələrimizdən danışdıq. Son 5 matçımızı yaxından izlədiniz, çatışmazlıqlarımızı müəyyənləşdirdiniz. Təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik".
Klub rəhbəri bildirib ki, yeni futbolçu transferləri olacaq: ""Beşiktaş"ı parlaq günlər gözləyir".
Fərid
MİA.AZ