İspaniya Kosovonun pasportunu tanıyıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Kosovo Baş nazirinin Avropaya inteqrasiya, inkişaf və dialoq üzrə birinci müavini Besnik Bislimi sosial media hesabında paylaşıb.
O qeyd edib ki, Kosovo Respublikasının pasportu artıq Madrid hakimiyyəti tərəfindən rəsmən qəbul edilib: "Biz indi bu ölkəyə vizasız gedə bilərik”.
Bislimi əlavə edib ki, yaxın vaxtlarda Kosovo vətəndaşlarına başqa bir müjdə verəcək.
Xatırladfaq ki, 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edən Kosovonun müstəqilliyini Avropa İttifaqının 5 üzvü - İspaniya, Yunanıstan, Rumıniya, Slovakiya və Cənubi Kipr tanımayıb. Ancaq buna rəğmən, İspaniya istisna olmaqla, həmin ölkələr Kosovo Respublikası vətəndaşlarının səyahət sənədlərini tanıyıb.
Zülfiyyə
MİA.AZ