Türkiyə qırıcıları İraqın şimalındakı PKK terrorçularının mövqelərinə növbəti dəfə havadan zərbələr endirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində həyata keçirilən hava əməliyyatlarında aralarında PKK-nın məsul üzvlərinin olduğu 15 hədəf məhv edilib: "Terror təşkilatı PKK/KCK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi, xalqa və təhlükəsizlik qüvvələrinə qarşı terror aktlarının aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqları çərçivəsində İraqın şimalında sərhəd təhlükəsizliyini təmin etmək üçün hava əməliyyatları həyata keçirilib. Nəticədə terrorçulara məxsus mağaralar, bunkerlər, sığınacaqlar və anbarlardan ibarət 15 hədəf və çoxlu sayda terrorçu məhv edilib".
Nazirlik xəbərdarlıq edib k, Türkiyə Silahlı Qüvvələri ölkənin və millətin təhlükəsizliyi üçün son terrorçu qalana qədər qətiyyət və əzmlə mübarizə aparılacaq.
Samir Musayev
Mia.az