İsrail ordusunun Qəzzada daha 2 əsgəri həlak olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu yerli mediada yayılan xəbəri təsdiqləyib.
Qeyd olunub ki, Qəzza zolağında gedəın döyüşlərdən bu gün daha 2 əsgər həlak olub: "Qəzza zolağının mərkəzi hissəsində gedən döyüşlərdə Qolani briqadasının 7086-cı mühəndis batalyonunda xidmət edən 30 yaşlı mayor Konstantin Suşko və 22 yaşlı əsgər Harel İttah həlak olublar. 5 hərbçi isə yaralanıb".
Tahir Şəlvəli
MİA.AZ