Qəzzada ölənlərin sayı 21 min 672-yə yüksəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyi son məlumatı yayıb.

Bildirilib ki, İsrail ordusunun blokadada olan Qəzza zolağında amansız hücumları davam edir: "İsrail ordusunun hücumları nəticəsində son 24 saatda daha 165 mülki şəxs həlak olub. Bununla da oktaybrın 7-dən bəri ölənlərin sayı 21 min 672, yaralı sayı isə 56 min 165-ə yüksəlib".

Firudin Səfərli

MİA.AZ