Türkiyə millisinin 18 yaşlı futbolçusu Arda Gülər "Real Madrid"in heyətində, nəhayət, komanda ilə birgə məşqlərə qatılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fənərbağça"da İspaniya klomandasına transferindən bu yana üzləşdiyi ardıcıl zədələrə görə heç bir rəsmi matçda yer almayan Arda Gülər bu gün qatıldığı məşqlərdə performansı ilə diqqəti özünə çəkib.
Məlumata görə, zədəsini tam sağaldan 18 yaşlı futbolçu komanda ilə taktii hazırlıqlarda birgə çalışıb.
Xatırladaq ki, yanvarın 3-də Bakı vaxtilə 22.15-də "Real Madrid" "Malyorka"nı qəbul edəcək.
Fərid
MİA.AZ