Uzun illər Almaniya millisinin və "Bavariya"nın əfsanəvi kapitanı olan Frans Bekkenbauer 78 yaşında dünyasını dəyişib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "İmperator" ləqəbli alman futbolunun əfsanəsi bir müddət “Bavariya”nın prezidenti olub, daha sonra isə o, klubun fəxri prezidenti olub.

Bekkenbauer karyerası ərzində iki dəfə “Qızıl top”u, bir dəfə Dünya Kubokunu, bir dəfə Avropa Çempionatını və üç dəfə Çempion Klublar Kubokunu qazanıb.

Frans Bekkenbauer 11 sentyabr 1945-ci ildə Almaniyada anadan olub.

Futbolçu karyerasına 1980-ci ildə ABŞ-da "Nyu York Kosmos" klubunda son verib. Əfsanəvi futbolçu yubiley matçında avtoqol vurub.

Fərid

MİA.AZ