Çin "casus şarı" üçün ABŞ qaynaqlı internetdən istifadə edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "NBC News" iddialı məlumat paylaşıb.
ABŞ kəşfiyyatının adı açıqlanmayan rəsmiləri kanala açıqlamada bildiriblər ki, araşdırmalar nəticəsində Çin səmanı tədqiq edən kəşfiyyat xarakterli "hava şarı"nın rabitə şəbəkəsini təmin etmək üçün ABŞ internet şirkətindən xidmət alıb.
Təhlükəsizlik səbəbiylə adı açıqlanmayan şirkət isə iddianı rədd edib: "Belə bir faktı qüvvətləndirən heç bir iz yoxdur".
Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Pengyu isə iddialarla bağlı deyib ki, qeyd olunan "şar" kəşfiyyat təyinatlı deyil: "Daha əvvəl də açıqlandığı kimi, sözügedən hava şarı meteoroloji araşdırma şarıdır və çox təsadüfən səhvən ABŞ sərhədlərinə daxil olub".
Firudin Səfərli
MİA.AZ