"Moskva və Ankara gələn il ikitərəfli siyasi dialoqu inkişaf etdirməyə davam edəcəklər".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğana yeni il təbrikində yazıb.
Putin Rusiya ilə Türkiyə arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün son vaxtlar çox iş görüldüyünü vurğulayıb.
Hər iki ölkənin birgə səylərlə böyük enerji və infrastruktur layihələri həyata keçirdiyini xatırladan Putin qeyd edib ki, regional münaqişələrin həllinə Rusiya və Türkiyə böyük töhfələr verib: “Gələn il Moskva və Ankara Avrasiya qitəsində təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məqsədilə dost xalqların rifahı naminə müxtəlif sahələrdə səmərəli əməkdaşlığı və ikitərəfli siyasi dialoqu inkişaf etdirməyə davam edəcəklər”.
Lamiyə Əhmədli
MİA.AZ