"Yukatel Adana Dəmirspor"da Belhandadan sonra daha bir ayrılıq yaşanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.

 Bildirilib ki, Adana komandası Kevin Rodrigues ilə müqavil\əyə xitam verib: "Peşəkar futbolçumuz Kevin Rodrigues ilə qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Rodrigesə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq".

Fərid Aslan

MİA.AZ