"Yuventus" Türkiyə millisinin oyunçusunu satmayacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Yuventus" qış transfer dönəmində son performansı ilə diqqətləri özünə cəlb edən 18 yaşlı Kənan Yıldızı satış siyahısından çıxarıb.

İtaliya mətbuatı yazır ki, "Liverpul" və "Arsenal" Kənan Yıldızı almaq üçün "Yuventus"un qapısını döysə də, rədd cavabı alıblar.

Xatırladaq ki, Kənan Yıldız son mövsümdə komandanın heyətində 9 matçda 2 qol vurub.

Fərid Aslan 

MİA.AZ