Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda oynanılması planlanan “Qalatasaray” – “Fənərbağça” matçının adıçəkilən ölkənin gözlənilməz tələbləri səbəbin dəın təxirə salınması dünyada böyük müzakirəyə səbəb olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı rəhbərliyinin qeyri-standart qərarına maraqlı reaksiya verənlərdən biri də Cənubi Koreyalı məşhur jurnalist Hanşin Li olub.
O, sosial media hesabında təxirə salınan matçla bağlı Atattürkün fotosunu əlavə etməklə yazıb: "Səudiyyəlilər heç vaxt məğlub olmamış bir insanı məğlub edə biləcəklərini düşünürdülər. Atatürkün mirası xalqı ilə davam edir. Mən türk deyiləm, amma bu gün hər kəslə fəxr edirəm. Bu vəziyyət "Fənərbağça" -"Qalatasaray" rəqabətinin önünə keçdi....".
Fərid
MİA.AZ